|
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək, mərhum dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.

Cia.az-ın xəbərinə görə,  ziyarətdə dövlət xadimləri və ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.  Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Cia.az