ABŞ Müdafiə naziri Eşton Karter İraq Baş naziri Heydər Abadi ilə görüşüb.
Axar.az xəbər verir ki, paytaxt Bağdadda baş tutan görüşdə tərəflər Mosul əməliyyatı, azad edilən bölgələrdə sabitliyin təmin olunması və İraq qüvvələrinin silahlandırılması ilə bağlı məsələləri müzakirə ediblər.
Görüş zamanı Abadi Mosul zəfərinin çox yaxında olduğunu vurğulayıb.
Karter isə İraq əsgərlərinin cəsarətindən və peşəkarlağından bəhs edərək, ABŞ-ın terrorla mübarizədə daim İraqın yanında olduğunu bildirib.
Qeyd edək ki, İraqda səfərdə olan amerikalı nazirin Kürd Muxtariyyətinn mərkəzi Ərbil şəhərinə gedəcəyi gözlənilir.
Cia.az
