|
Tovuzda sərxoş kişi yıxılaraq ağır xəsarət alıb
Tovuzda sərxoş kişi yıxılaraq ağır xəsarət alıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonu Dönük Qırıqlı  kəndində qeydə alınıb. Kənd sakini 1975-ci il təvəllüdlü Vidadi Səfərov sərxoş vəziyyət evin pilləkanlarından yıxılaraq ağır xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin  ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cia.az