|
Rumıniyada parlament seçkilərində Sosial-Demokrat Partiyası qalib gəlir
Dekabrın 11-də Rumıniyada parlament seçkiləri keçirilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə seçicilərin 39,49%-i iştirak edib.
 
Ekzit-polların nəticələrinə görə, seçkilərdə 44% səs toplayan Sosial-Demokrat Partiyası galib qəlir. Onun əsas rəqibi -  Milli Liberal Partiyası seçicilərin 22%  səsini toplaya bilib. 
 
Ümumilikdə 6,5 min namizəd Deputatlar Palatası və Senatda 466 yer uğrunda mübarizə aparıb.  Rumıniya parlamentinə deputatlar 4 il müddətinə seçilirlər.
cia.az