|
İspaniyada İstanbul terrorunun qurbanları anıldı
İspaniya La liqası şənbə günü İstanbulda törədilən terror aktı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla start götürüb.
 
Axar.az xəbər verir ki, bu haqda məlumat La Liqanın rəsmi saytında yerləşdirilən bəyanatda yer alıb. Verilən məlumata görə, ayın 11-i və 12-si keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
 
Xatırladaq ki, şənbə günü İstanbulun Beşiktaş rayonunda yerləşən “Vodafon Arena” yaxınlığında baş verən terror aktı nəticəsində 39 nəfər həlak olub, 170 nəfərə yaxın şəxs isə yaralanıb.
 
Həlak olanlardan 30-u polisdir.
cia.az