|
Türkiyə qırıcıları PKK-ya qarşı hərbi əməliyyata başladı
İstanbulun Beşiktaş rayonunda törədilən terror aktından sonra hərəkətə keçən Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid hərbi təyyarələr İraqın şimalındakı Zap bölgəsində PKK terrorçularını bombalayıb. 
PKK-ya aid 12 hədəf bombardman edilib. Bu barədə TSK məlumat yayıb. Məlumatda qeyd edilib ki, alınan kəşfiyyat məlumatlarını dəyərləndirən TSK PKK terrorçularının qərargahını, silah anbarını, sığınacaqlarını vuraraq sıradan çıxarıb. PKK-ya qarşı təşkil olunan əməliyyat 50 dəqiqə davam edib. 
Cia.az