|
2016-nın ən yaxşı filmi müəyyənləşib

Avropa film akademiyası (European Film Academy) “European Film Awards 2016” mükafatının qalibini açıqlayıb. İlin ən yaxşı filmi “Toni Erdmann” tragikomediyası seçilib. Filmin müəllifi Maren Ade ssenaristlər və rejissorlar arasında birinci olmağı bacarıb.

Filmdə baş rolu oynayan Peter Simonişek “Ən yaxşı avropalı aktyor” seçilib. O, filmdə ekssentrik, qızına qayğı göstərməyə çalışan, özünü biznesmen kimi qələmə verən ata obrazı yaradıb.

  

VIDEO
 
 Cia.az