|
Türkiyədə bomba yüklənmiş maşınla polis məntəqəsinə hücum etdilər
Türkiyənin Diyarbakır əyaləyində polis məntəqəsinə bomba yüklənmiş maşınla hücum təşkil edilib. 
 
Musavat.com-un məlumatına görə, hadisə Harzo rayonunda baş verib. PKK terrorçuları bomba yüklənmiş maşını polis məntəqəsi yaxınlığında partlatdıqdan sonra binanı atəşə tutublar. Hadisə nəticəsində ölən və yaralananın olmadlğı bildirilib. Terrorçular hadisə yerindən uzaqlaşa biliblər. Bölgəyə çox sayda zirehli texnika və polis əməkdaşları cəlb edilib. 
 
Terrorçuların tutulması üçün əməliyyatlar davam edir. 
cia.az