|
Nigeriyada baş vermiş partlayışlar nəticəsində 30 nəfər həlak olub

Nigeriyanın Madaqali şəhərində bazarda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

İnsidentin təfərrüatları barədə məlumat verilmir. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib.

cia.az