|
2018-ci ildə Avroliqanın finalı bu şəhərdə keçiriləcək

2017/2018 mövsümündə Avropa Liqasının finalı Fransanın Lion şəhərində keçiriləcək.

Bununla bağlı UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.

Final  "Lion"un ev oyunlarını keçirdiyi "Stad de Lumer" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu mövsüm Avroliqanın finalı İsveçin Stokholm şəhərində oynanılacaq.

 Cia.az