|
"Eurovision 2016"nın qalibi ərə gedir

“Eurovision 2016” yarışmasında birincilik qazanan ukraynalı təmsilçi Camala ərə gedir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Bəkir Sülemanov adlı gənclə ailə həyatı qurmağa hazırlaşır.

Camala qeyd edib ki, ikili Yeni İli birlikdə qeyd edəcək: 

“Hər il olduğu kimi Yeni İli səhnədə qarşılayacağam. Daha sonra nişanlımla qeyd edəcəyik. Toyun dəqiq tarixin açıqlamaq istəmirəm. Amma bu hadisə tezliklə baş tutacaq”.

cia.az