|
Rusiya vətəndaşı məhkəmə zalında həbs edildi -
Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krill Smirnovun ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin təqdimatına baxılıb K.Smirnov məhkəmə zalında həbs edilib. O, Çexiyaya ekstradisiya ediləcək.
Qeyd edək ki, Krill Smirnov Çexiyada məhkəmə qərarını icra etməkdən boyun qaçıraraq ölkəni tərk edib. Çexiyada yol nəqliyyat qaydalarına əməl etmədiyi üçün barəsində məhkəmə tərəfindən həbs qərar çıxarılan K.Smirnov ölkəni tərk edib. Azərbaycana gələn Smirnov Bakıda polis tərəfindən saxlanılıb. Çexiyanın tələbindən sonra Azərbaycanda məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və Çexiyaya ekstradisiya olunması qərarı verilib.
Cia.az