|
Azərbaycanlı və erməni deputatlar görüşəcəklər

Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti arasında görüş barədə ilkin razılaşmalar əldə edilib.

Bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.

E.Naqdalyan deyib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur.

Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur. 

Cia.az