Aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer dünən bir markanın tanıtım gecəsində iştirak edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Cesur və Güzel" serialında Kıvançın stilisti kimi işləyən Başak qayınanası Nurten Tatlıtuğla bağlı ilk açıqlama verib.
O, münasibətlərinin yaxşı olmadığı deyilən qayınanası barədə suallara gülümsəyərək "Aramızda problem yoxdur" deyib.
Qeyd edək ki, Nurten "Cesur ve Güzel" serialında Tuba Büyüküstün və Kıvançın fotosunu paylaşaraq "ilin ən yaraşan cütlüyü" yazmışdı. Onun bu paylaşımı sevmədiyi gəlininə işarə kimi başa düşülmüşdü.

cia.az
