Boliviyanın cənub-qərbində avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Məlumata görə, hadisə gecə vaxtı baş verib. Çilinin İkike şəhərindən, Boliviyanın Koçabambu şəhərinə gedən avtobusun sürücüsü başqa bir avtomobili ötmək istəyib və bu zaman idarəetməni itirib. Nəticədə, avtobus yoldan çıxaraq, dərin dərəyə yuvarlanıb. Qəzanın səbəbi araşdırılır.
Polis ölənlərin sayının artacağını istisna etmir.
cia.az
