|
ABŞ-ın müdafiə büdcəsi təsdiq edildi
Bu gün ABŞ Konqresinin yuxarı palatası 618.7 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib.
Bununla yanaşı Ukraynaya 350 milyon dollar hərbi yardım veriləcəyi gözlənilir. Sənəddə göstərilir ki, birinci mərhələdə Ukrayna Pentaqon xətti ilə yardım proqramına uyğun olaraq 175 milyon dollar ala bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl senator Con Makkeynin irəli sürdüyü qanun layihəsi ABŞ Konqressinin nümayəndələr palatası tərəfindən təsdiq edilib.
cia.az