|
Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırıb
Suriya ordusu dinc əhali kalonunu şəhərdən çıxarmaq üçün Şərqi Aleppoda hərbi əməliyyatları dayandırıb. 
 
“Report” RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusya xarici işlər naziri Sergey Lavrov bildirib.
 
"Bu gün Şərqi Aleppoda aktiv hərbi əməliyyatlar dayandırılır. Ötən dövr ərzində dinc əhalinin ərazidən uzaqlaşdırılması üzrə ən irihəcmli əməliyyat həyata keçiriləcək”, - Lavrov deyib.
Rusiya XİN rəsmisi vurğulayıb ki, 8 min şəxsdən ibarət insan kolonu 5 kilometrə qədər yol qət edəcək.
cia.az