Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dollarlarınızı türk lirəsinə çevirin” çağırışından sonra müxtəlif kampaniyalar təşkil olunub.
Musavat.com “Haberler.com”-a istinadən xəbər verir ki, təşkil olunan kampaniyalardan ən çox maraq toplayanı isə türkücü Aydın Aydının klipi olub. Belə ki, o, Hakkarinin Bağışlı kəndində bir neçə sakinlə birgə üstündə türk lirəsi olan kostyum geyinib, başına TL-dən tac qoyub.
Müğənni toydan aldığı dollarları Zap çayına ataraq, milli pullarının dollar qarşısında güclənməsinə dəstək olub.
O, həmçinin TL üçün yazdığı mahnını səsləndirib.
