|
İŞİD-dən qaçan komandan: Zəif nöqtələri deyəcəyik
Suriyada İŞİD-in tərkibində döyüşən 3 tunisli döyüşçü qruplaşmadan ayrılaraq müxaliflərin nəzarətindəki İdlibə gəlib.
 
Axar.az xəbər verir ki, Rakka şəhərinin Tabka mahalından gələn Əbuzər Tunusi, Bilal Şuvaş Tunusi və Əbu Hammam Tunusi adlı terrorçuların İŞİD-də yüksək vəzifə tutduqları bəlli olub.
 
Əbuzər və Bilalın daha öncə Tabka hərbi bazasının rəhbəri olduqları bildirilib.
 
Adıçəkilən şəxslər İŞİD-in güclü və zəif nöqtələrini bildiklərini, bunları zamanı gəldikdə açıqlayacaqlarını vurğulayıblar.
 
Qeyd edək ki, İŞİD-dən ayrılmağın cəzası ölümdür.
cia.az