Türkiyədə HDP-nin İstanbuldan seçilmiş millət vəkili Hüda Qaya saxlanılıb.
Axar.az xəbər verir ki, 56 yaşlı xanım deputat barəsində Terrorla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. HDP millət vəkilinin həbsini təsdiqləyib. Hüda Qaya prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Hüda Qaya bu gün günorta saatlarında Fövqəladə Vəziyyət Rejiminə qarşı təşkil edilən aksiyaya qatılmışdı.
cia.az
