|
Eto: "Ən böyük arzum Ərdoğanla top oynamaqdır
Ən böyük arzum Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla futbol oynamaqdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin “Antalyaspor” futbol klubunun məşhur oyunçusu Samuel Eto jurnalistlərə açıqlamasında deyib.
 
“Ən böyük istəyim Ərdoğanla meydana çıxmaqdır. Ümid edirəm ki, dünya ulduzlarını Antalyaya gətirib birlikdə o sevinci yaşayacağıq”, - Eto bildirib.
 
Futbolçu kariyerasını bitirdikdən sonra yarımçıq qoyduğu təhsilini davam etdirmək istədiyini də bildirib: “Futboldan dünyasından ayrılmamaq şərtilə başqa vəzifələrdə də çalışmaq istəyirəm”
cia.az