|
Mursinin oğlu da həbs edildi
Misirin eks-prezidenti Məhəmməd Mursinin oğlu Üsəma Mursi həbs edilib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
 
Qeyd edək ki, Üsəma Mursiyə qarşı bir müddət öncə axtarış elan edilib. İndiyə qədər hökumət tərəfindən axtarışın verilməsinin səbəbi göstərilmir. Məhəmməd Mursi əks-inqilabi çevrilişdən sonra həbs edilib. Bundan öncə o, edam cəzasına məhkum edilsə də, sonradan qərar ləğv edilib.
Cia.az