|
Xaçmazda 35 yaşlı kişi bıçaqlanıb
Xaçmazda bıçaqlanma hadisəsi baş verib.  
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yaşayan 35 yaşlı Novruzov Nahid Vidadi  oğlu bıçaqlanıb. 4 bıçaq zərbəsi alan yaralı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
cia.az