|
Rusiya və ABŞ hərbi ekspertlərinin görüşünə dair razılıq əldə olunub
Rusiya və ABŞ hərbi ekspertlərinin dekabrın 10-da  Cenevrədə görüşünə dair razılıq əldə olunub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.  
 
“Sənəd üzrə (Hələbə dair - red.) işi tamamlamaq üçün şənbə günü Cenevrədə hərbi ekspert və diplomatlarımız arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub”, - deyə Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərə bildirib.  
Cia.az