|
Hərbi Polis İdarəsinin rəisi işdən çıxarıldı

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib.

Cia.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə nazirinin digər əmri ilə bu vəzifəyə polkovnik Vasif Məmmədov təyin edilib.

Cia.az