|
İsveçrədə təyyarə qəzaya uğrayıb
İsveçrənin Basel şəhərində Mulhous Freiburq hava limanına enmək istəyən yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 1 nəfər həlak olub. Ölən şəxsin pilot və ya sərnişin olduğu hələlik məlum deyil. Qəzaya çiskinli havanın səbəb olduğu bildirilir. Qəza ilə bağlı aeroport bağlanılıb, uçuşlara müvəqqəti ara verilib. 

Hadisə yerində polislər araşdırma aparır.
Cia.az