|
MİT TIR-ları istintaqının prokuroruna silahlı hücum edildi

İstanbulda prokurorun maşını atəşə tutulub. 

hadisə axşam saatlarında baş verib. Terror bürosu prokuroru Evliya Çalışkanın maşınına çox sayda güllə dəysə də, özü yaralanmayıb. Maşına atəş edən şəxs isə qaçaraq hadisə yerindən uzaqlaşa bilib. Polis silahlı şəxsin tutulması istiqamətində axtarışlara başlayıb. 
Qeyd edək ki, Evliya Çalışkan Hrant Dink cinayəti, MİT TIR-ları kimi bir çox gündəmə oturan istintaq işində yer alıb.
Cia.az