|
Futbolçuların həlak olduğu aviaqəzanı üç dövlət prokurorluğu araşdıracaq
Boliviya, Kolumbiya və Braziliya prokurorluğu Braziliya futbolçularının həlak olduğu aviaqəzanın səbəbini araşdıracaqlar. 
 
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Boliviyanın baş prokuroru Ramiro Gerrero bildirib. Prokuror qeyd edib ki, onun başçılığı ilə birgə komissiya Boliviyanın Santa-Krus şəhərində işə başlayacaq. Bildirilir ki, Boliviya hüquq mühafizə orqanları aviadaşıyıcı şirkətin baş direktoru Qustavo Varqası və şirkətin daha iki əməkdaşını həbs edib. 

Bundan başqa, aviaşirkətin ofisində axtarış aparılıb.
cia.az