İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 613 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Təbii fəlakət nəticəsində 200-dən çox yaşayış evi, tədris müəssisəsi və məscid dağılıb. Hazırda hadisə yerinə cəlb edilən 1000-dən çox xilasedici dağıntılar altında qalanları xilas etməyə çalışır. Ölkə rəsmiləri ölənlərin sayının artacağını istisna etmirlər.
Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib.
cia.az
