|
BMT: “İndoneziya zəlzələdən sonra kömək üçün müraciət etməyib”
"İndoneziya ölkədə baş verən zəlzələdən sonra kömək üçün BMT-yə müraciət etməyib".
Bu sözləri BMT-nin baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak keçirdiyi brifinqdə bildirib. 

F. Hak məsələ ilə bağlı bunları deyib: "BMT-nin humanitar məsələlər üzrə koordinasiya şurası İndoneziyada baş verən zəlzələnin törətdiyi fəsadları diqqətlə izləyir". 

Nümayəndənin sözlərinə görə, İndoneziya kömək üçün müraciət etməsə də, BMT lazım olan köməyi göstərməyə hazırdır.
cia.az