Türkiyədə hğkumət binasına bomba ataraq qaçan şəxs axtarılır.
Hadisə Diyarbakır əyalətinin Silvan rayonunda baş verib. Hökumət binasının həyətinə atılan bomba yüksəs səslə partlayıb. Partlayış nəticəsində ölən və yaralananın olmadığı bildirilir. Hadisə yerinə gələn polislər ətrafda axtarış aparıblar. Partlayışın kim tərəfindən törədildiyi məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Cia.az
