|
Türkiyədə qərargah rəisi saxlanılıb

Türkiyənin Siirt rayonunda qərargah rəisi saxlanılıb. 

3-cü desant briqada komandanlığı qərargahının rəisi, polkovnik Müzəffər Səyyar 15 iyul çevrilişə çəhd hadisəsindən sonra başladılan FETÖ istintaqı çərçivəsində tutulub. Siirt prokurorluğu polkovnik Müzəffər Səyyar haqqında saxlanılma qərarı çıxartdıqdan sonra onun evinə gələn polislər evdə axtarış aparıblar. 
 
Axtarışdan sonra Müzəffər Səyyar saxlanılıb.
Cia.az