|
ABŞ İŞİD-in Mosuldakı baş qərargahını bombardıman edib
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosulda İŞİD terror təşkilatının baş qərargah kimi istifadə etdiyi xəstəxana binasını bombalayıb.
 
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Binaya hava zərbəsi endirilənə qədər İraq ordusu ilə terrorçular arasında bir neçə gün şiddətli döyüşlər gedib. 

Ardınca əsgərlər havadan dəstək istəyiblər.
Cia.az