|
İraqda hava zərbələri nəticəsində 60 nəfər ölüb
İraq hərbi aviasiyasının endirdiyi hava zərbələri  nəticəsində İŞİD-in nəzarəti altında olan Əl-Kaym şəhərində 60 nəfər ölüb.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, 19 uşaq və 12 qadın hava hücumlarının qurbanı olub. Hava zərbələri İraqın qərbində, Suriya ilə sərhəddə yerləşən şəhərin mərkəzinə endirilib. Məlumata əsasən, İŞİD silahlılarının qərargahı və bir sıra yaşayış evlərinə ziyan dəyib.Terrorçuların itkisi barədə məlumat verilmir.
 
Qeyd olunur ki, bundan əvvəl terrorçuların Əl-Kaym şəhərindəki mövqelərinə ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya hava zərbələri yendirirdi. 
cia.az