|
Bakı-Sumqayıt qatarında gecikmə baş verib
Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verib. 
 
"APA-Economics" xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Belə ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. 
 
Maşinist gecikməni texniki səbəblərlə izah edib.
cia.az