Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.
Ağdam təmsilçisi tarixində ilk dəfə 1/16 finala vəsiqə qazana bilər. “Qarabağ” qrupdan çıxmaq üçün çətin rəqibinə qalib gəlməlidir. Lakin komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.
Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.
Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.
8 dekabr
Avropa Liqasının qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
|
1. |
Fiorentina |
5 |
3 |
1 |
1 |
13:5 |
10 |
|
2. |
Qarabağ |
5 |
2 |
1 |
2 |
6:10 |
7 |
|
3. |
PAOK |
5 |
2 |
1 |
2 |
5:6 |
7 |
|
4. |
Slovan |
5 |
1 |
1 |
3 |
7:10 |
4 |
