|
Ronaldonun gizlətdiyi 150 milyon avrosunun yeri bəlli oldu

Futbolçu Kriştiano Ronaldonun 150 milyon avrosunun harada gizlətdiyi ortaya çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "L’Equipe, Der Spiegel və El Mundo" kimi məşhur qəzetlərin futbol araşdırmaları zamanı Ronaldo haqqında maraqlı məlumatlar öyrənilib.
İddialara görə, futbolçu 160 milyon dollarlıq sərvətini Britaniya Virciniya adalarının paytaxtı "Road" şəhərində yerləşən bir aptekin aşağı mərtəbəsində gizlədir. 

Karib dənizinin ortasında 30 min nəfərin yaşadığı şəhərdə 600 mindən çox şirkət var. Virciniya adalarında yerləşən aptekin ikinci mərtəbəsində isə "İcaza" adlı hüquq şirkəti fəaliyyət göstərir.

Cia.az