|
Asəf Novruzov "saxlanılması" ilə bağlı məlumata açıqlama verib

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla bağlı "Cia.az" saytının baş redaktoru Asəf Novruzovun saxlanılması ilə bağlı məlumata açıqlama verib.

A.Novruzov bildirib ki, saxlanılması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. O qeyd edib ki, hazırda evindədir: "Yayılan məlumatlar təxribatdır. Heç bir əsası yoxdur. Rəhbəri olduğum saytın "qara siyahı"ya salınması isə ağ yalandır. Məlumat yazanda, dəqiqləşdirmək lazımdır. Lazım olsa, sivil qaydada harasa dəvət edərlər. Bu isə baş verməyib"

Cia.az