|
Hava limanına gedən yollardan biri BAĞLANIR

Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan etibarən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağıdan 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O bildirib ki, profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq:

 

“Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

 Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.

 Cia.az