|
Moskvada xüsusi əməliyyat zamanı 25 nəfər saxlanılıb
Moskva və Moskva ətrafında hüquq-mühafizə orqanları ekstremizmdə şübhəli bilinən onlarla şəxsi saxlayıb.
 
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, əməliyyatı üç qurum - Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları keçirib. Saxlanılan 25 nəfər mütəşəkkil cinayətkar dəstənin üzvləri hesab edilir.
 
Xüsusi əməliyyatın təfərrüatları haqda hələlik açıqlama verilmir.
Cia.az