|
15,8 milyardlıq kreditin 13,3 milyardı Bakının payına düşür
Mərkəzi Bankın hesabatına görə, bu il ölkədə kreditlərin həcmi 15,8 milyard manatdır. Bu məbləğin 13,3 milyard manatı Bakı şəhərində verilib. Regionların payına 2,5 milyard manat düşüb.
 
Kredit göstəriciləri belədir:
 
Aran iqtisadi rayonu – 609,3 milyon manat
 
Gəncə-Qazax iqtisadi rayonu – 526,5 milyon manat
 
Abşeron iqtisadi rayonu – 516,9 milyon manat
 
Lənkəran iqtisadi rayonu – 219,2 milyon manat
 
Quba-Xaçmaz iqtisadi rayonu – 188,9 milyon manat
 
Şəki-Zaqatala iqtisadi rayonu – 176,8 milyon manat
 
Naxçıvan iqtisadi rayonu – 105 milyon manat
 
Dağlıq Şirvan iqtisadi rayonu – 93,2 milyon manat
 
Yuxarı Qarabağ iqtisadi rayonu – 42,2 milyon manat
 
Kəlbəcər-Laçın iqtisadi rayonu – 1,1 milyon manat.
Cia.az