İndoneziyanın Sumatra adası sahillərində 6,5 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələnin episentri Siqli yaşayış məntəqəsindən 21 km. şərqdə, yerin 10 km. dərinliyində olub.
***
İndoneziyanın Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində 18 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 6,4 bal gücündə yeraltı təkanlar, əsasən, Açe əyalətinin Pidicaya rayonunda qeydə alınıb.
Onlarla insanlar hələ də uçmuş binaların altında qalıb.
Hazırda ərazidə xilasetmə tədbirləri görülür. Mürəkkəb relyef xilasetmə əməliyyatının keçirilməsini çətinləşdirir.
Məlumata görə, zəlzələnin episentri Pidicaya rayonunda cəmi 10 km dərinlikdə qeydə alınıb.
Cia.az
