Polşa Ali Məhkəməsi məşhur kinorejissor Roman Polanskinin ABŞ-a ekstradisiyasını qadağan edib.
Axar.az xəbər verir ki, Polanski ABŞ-da yetkinlik yaşına çatmayan şəxsi zorlamaqda ittiham edilir.
Qeyd edək ki, 2009-cu ildə Polanski İsveçrədə həbs edilib. ABŞ həmin dövrdə onu ekstradisiya etmək istəsə də, buna müvəffəq olmayıb.
Fransa və Polşa vətəndaşı olan Polanski 2016-cı ildən Polşada yaşayır.
Cia.az
