|
Neftin qiyməti yenidən ucuzlaşır

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır. London və Nyu-York birjalarında elektron hərraclar zamanı neftin qiymətləri yenidən aşağı düşməyə başlayıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 1,66% aşağı düşərək bir barel üçün 50,93 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçersləri 1,86% azalıb və bir barelə görə 53,92 dollara bərabər olub.

 Cia.az