|
Tovuz sakini dərmandan zəhərlənib

Tovuzda dərmandan zəhərlənmə olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə,  rayonun Əyyublu kənd sakini 1991-ci il təvəllüdlü Sübhan Nağıyev dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Nağıyevin hansı şəraitdə və nə dərmanından zəhərlədiyi hələ ki məlum deyil. 

Cia.az