|
Şahzadə sevgilisi üçün 2700 kilometr yol qət etdi

İngiltərə şahzadəsi Harri sevgilisi, aktrisa Meqan Marklı görmək üçün 2700 kilometr yol qət edərək ABŞ-a gedib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar Yeni ili birlikdə keçirə bilməyəcəklər deyə, şahzadə onu indi görmək qərarına gəlib. 

Yeni ildə Harri Londonda öz ailəsinin əhatəsində, Meqan isə Los-Ancelesdə dostları ilə birgə bayramı qarşılayacaq. 

32 yaşlı şahzadə bir müddət əvvəl 35 yaşlı amerikalı aktrisa ilə sevgi yaşadığını rəsmən bildirib və onu öz ailəsi ilə tanış edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Qeyd edək ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.



Cia.az