Türkiyəli model və aktyor Ekin Mert Daymaz tez-tez küsüb barışdığı sevgilisi, aktrisa Hande Erçel barədə danışıb.
O, artıq Hande ilə aralarında heç bir problemin yaşanmadığını bildirib.
"İkimiz də aktyoruq. Bəzən qısqanclıqlar olur. Amma Hande nə edəcəyini bilir. Hər həftə onun serialını izləyirəm", - deyə Ekin vurğulayıb.
Daymaz artıq hər iki tərəfin ailələrinin tanış olduqlarını, lakin hələ toy barədə düşünmədiklərini qeyd edib. 


Cia.az
