Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Bolu millət vəkili Tanju Özcan partiya sədri Kılıçdaroğlunun Adanadakı mitinqdə FETÖ məsələsinə görə həbs olunmuş Nazlı Ilıcaq, Mehmet Altan və Əli Bulaçın adlarını çəkərək, onları müdafiə etməsinə sərt təpki göstərib.
Avropa.info xəbər verir ki, CHP-li millət vəkili Özcan partiya sədrinin bu açıqlamalarını “bardağı daşıran son damla” adlandırıb.
” Nazlı Ilıcaq, Mehmet Altan və Əli Bulaçın adlarını çəkərək hansı məntiqlə kütləyə alqışlatmağa çalışırsan? Mənim üçün bu artıq bardaqdan aşan son damladır. Artıq CHP oraya-buraya gecən, heç bir məsələdə dəqiq mövqeyi olmayan bir vəziyyətə düşüb. Biz bu haqda partiya rəhbərliyinə etirazlarımızı edirik. Amma görünür, bunları nəzərə alan yoxdur” - deyə Özcan qeyd edib.
Cia.az
