|
Almaniya sərhəd yoxlamalarını gücləndirir
Almaniya Avstriya ilə sərhəddə 24 saat fasiləsiz yoxlamalara başlayacaq.
 
Axar.az xəbər verir ki, Bavariya əyalətində sərhəd-keçid məntəqəsində nəzarəti gücləndirən rəsmi Berlin dekabrın 15-dən başlayaraq yoxlamalara 100 polis cəlb edəcək.
 
Daxili İşlər naziri Yoahim Herman açıqlamasında qanunsuz miqrasiyanın qarşısını almaq üçün belə bir addım atmağa hazırlaşdıqlarını deyib.
Cia.az