|
Keçmiş məhkum özünü yandıraraq intihar edib
Abşeron rayonunda keçmiş məhkum özünü yandıraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 1959-cu il təvəllüdlü Əliyev Ələkbər Həsənağa oğlu yaşadığı evində özünü yandırıb. Onun yanmış meyiti qonşuları tərəfindən aşkar edilib.
 
Ə.Əliyev evdə tək yaşayıb.
 
O, əvəllər 4 dəfə həbsdə yatıb.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Cia.az